Polisdən ƏMƏLİYYAT - SAXLANILANLAR VAR

KRİMİNAL 12:45 / 31.01.2023 Baxış sayı: 1304

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  Yenises.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Hüseynov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 2 qramdan artıq, yaşadığı evdən 520 qram marixuana aşkar edilərək götürülüb.

Bundan əlavə, eyni istiqamətdə şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı A.Hüseynov da saxlanılıb. Həmin şəxsdən 3 qrama yaxın, yaşadığı evdən isə 200 qramdan artıq marixuana aşkarlanıb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.