Paytaxtda   avtomobil krana çırpıldı: Xəsarət alanlar var - VİDEO

MƏDƏNİYYƏT 16:15 / 24.01.2023 Baxış sayı: 3546

Paytaxtın  Heydər Əliyev prospekti, “ASK Arena”nın qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisə zamanı 99-PR-020 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı minik avtomobili kranla toqquşub.

Nəticədə sürücünün və yanındakı sərnişinin xəsarət aldığı bildirilir.

Hadisədən sonra yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Qeyd edək ki, prospektin işıq dirəklərinin təmiri ilə məşğul olan fəhlələrə xidmət edib.