Paşinyan Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

DÜNYA 21:38 / 02.06.2023 Baxış sayı: 1104

Ermənistan Baş naziri Nikol Paşinyan Ankaraya səfər edə bilər.

Yenises.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə görə, Paşinyanın sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcəyi bildirilir.

Ermənistan Nazirlər Kabineti xəbəri təsdiqləyib.