Oxucularla görüşdə   yazıçı Hacı Qəni Camalzadənin ustad  dərsləri 

 

MƏDƏNİYYƏT 12:28 / 18.03.2024 Baxış sayı: 2070

 Əsrlər, qərinələr ötüb keçsə də, insan kainata yol tapsa da, süni intellekt kəşf olunsa da elmə, biliyə, kitaba  maraq azalmır. Qələm sahiblərini  dinləmək istəyənlər çoxdur ,sadəcə meydan vermək lazımdır. Tanınmış qələm ustası Hacı Qəni Camalzadə ilə keçirilən silsilə görüşlərdən sonra belə bir qənaətə gəldim ki, oxucularda  kitaba maraq heç də azalmayib,  sadəcə onlari istiqamətləndirmək lazımdır. Söz  və qələm sahibləri ilə təmaslar artırılmalıdır. Xəzər rayon MKS-nin 2 saylı filialında( Pirallahı qəsəbəsində) oxucularla keçirilən görüşdə fəallıq müşahidə elədim. Məktəblilər, ictimai fəallar, ziyalılar böyük maraq göstərdilər. Ədəbjyyat nədir, cəmiyyətdə rolu nədən ibarətdir, yaziçılarln məramı nədir, problemlər  nədən ibarətdir .Bütün bunlar yazıçı Qəni Camalzadə ətraflı cavab  verdi. Görüşdə iştirak edən Əməkdar jurnalist İdris Şükürlü və şair Şahin Həmidli də qoyulmuş sualların ətraflnda fikirlərini çatdirdılar.

İdris Şükürlü kitabın cəmiyyətdəki rolundan danışarkən oxuculara müraciətlə demişdir: — Kitab əsirlərdən bəri yol gələrək bizə çatmışdır. Hələ ki, əvəzolunmaz missiyasını yerinə yetirməkdədir. «Xan Nəşriyyatı»nın direktoru, yazıçı, tərcüməçi Səbuhi Şahmursoy necə də dahiyanə demişdir: «Kitab dünyanın dərki mövzusunda istənilən informasiyanı nəsildən-nəsilə ötürən akkumulasiya bazasıdır. Kitab inqilabdır, kitab bizə həm inanc bəxş edən, həm də inancımızı sorğulayandır. Kitab əmrin simasıdır, necə yaşayacağımızı göstərən qanundur. Tarixdir, sevgidir, haqqesabdır… kitab bəşərin yaddaşıdır.» 

 

Maraqlı tədbirdə, 168 saylı tam orta  məktəbin müəllimi Sevda Alxasova, Xəzər rayon MKS-nin 1 saylı filialının müdiri Pərvanə Salayeva, Xəzər rayon MKS-in 2 saylı filialın müdiri Zülfiyyə Əliyeva çıxış elədilər, qələm sahiblərinə minnətdarlıq ifadə etdilər. 186 saylı məktəbin şagirdləri yaziçınln "İtik impuls"  hekayəsinin səhnələşdirilmiş variantını ifa etdilər. Yazıçı seçilmiş əsərlərini kitabxanaya hədiyyə etdi , görüşün təşkilatçılarına minnətdarlığını bildirdi... 

                                                                                                                                                    İdris Şükürlü