Kəmalə Abiyeva : - Soruşmayın

Ədəbiyyat 12:55 / 03.08.2024 Baxış sayı: 2040

Soruşmayın

Soruşmayın halımı, soruşmayın necəyəm,

Daha bir az fərqliyəm əvvəlkitək deyiləm.

bir az gecə kimiyəm, bir az gündüz kimiyəm.

ömrümü tüstülədən sönməyən köz kimiyəm.

Baxışları didərgin yurdsuz bir göz kimiyəm.

Daha hər şey fərqlidi, əvvəlkitək deyil ki...

Dəniz də həmin deyil, dərdlidi elə bil ki.

Göylər də həmin deyil, buludlar da həminki

Mən də bir az başqayam,

mən də bir az fərqliyəm.

Soruşmayın halımı, soruşmayın necəyəm

Ürəyimə gömülən söz kimiyəm bir az da.

Bəlkələr ovutmayan, təsəllisi olmayan,

ümidi tapılmayan döz kimiyəm bir az da.