Fərhad Tapdıqoğlu - Məzəli əhvalatlar-2
(dodaqqaçdı)
=1=
Hacı Zeynalabdin qəsəbəsi ilə Sumqayıt arasında ,zavodlar istiqamətində marşrut xətti fəaliyyət göstərir.
90- cı illərin əvvəllərində bir gün axşamçağı,hava qaranlıqlaşmağa başlayanda marşrut sürücülərindən biri kompessorlar zavodunun
dayanacağından "gecəqondu" dayanacağına doğru irəliləyirdi."Ağababa" dayanacağında bir böyük
topa qaraltı görən sürücü çox sevindi."Demək qazanc da çox olacaq"- düşündü.
Hətta " gecəqondu" dayanacağında avtobusu saxlamayıb,iki nəfər sərnişini belə götürmədi.
Sürücü "Ağababa" dayanacağına çatanda insanlar yox, iyirmiyə yaxın mal- qara gördü.))
Əsəbiləşdi,avtobusun sürətini artırıb, xətt üzrə hərəkət etməyə başladı.
=2=
Xavər xanım yaşadığı kənddən bacısı Ulduza zəng etdi:
--Salam, nətərsən?
Dünən xalamız qızı Sevda bizə gəlmişdi.Aaaz,elə arıqlaşımdı ki,rənginə baxılası döyüldü...
Bordadığım qazlardan birini kəsdim,bişirdim.
Sevda doyunca yedi,kökəldi ,getdi...)))
=3=
Rayon mərkəzində məktəblərin birində 10- cu sinifdə oxuyurduq.Sinif yoldaşlarım " şəhər uşağı " Əli ilə yaxın kəndlərin birindən olan Kamal mübahisə edirdilər.
O illər radioda saat doqquza on dəqiqə işləmiş səhər konserti olurdu.
Əli konsertin saat
doqquzun yarısı bitdiyini, Kamal isə saat 9-a 20 dəqiqə qalmış qurtardığını
deyirdi .
( Təbii ki,konsert 9- a iyirmi dəqiqə qalmış bitirdi)
Əli:
--Əə,Kamal bilirsən şəhərdə doqquzun yarısı
qurtarır,Sizin kəndinizə çatana kimi on dəqiqə çəkir də...)))