Coşqun Xəliloğlu “Əsir qadın" romanı  barəsində  yazdı

YAZARLAR 22:05 / 29.09.2025 Baxış sayı: 8853

 

“Əsir qadın" romanı haqqında mətbuatda, sosial şəbəkələrdə kifayət qədər informasiyalara rast gəlsəm də bu əsəri oxumamışdım. Tale qismətiymiş- təsadüfdənmi, zərurətdənmi bu ilin sentyabr ayının 15-də əsərin müəllifi ilə görüşdüm. Meyxoş Abdullahı görən kimi tanıdım və bir az tərəddüdlə:

-Siz Meyxoş Abdullahsınız?

O gülümsünərək:

- Bəli.- dedi.

Beləcə tanış olduq. İlk söhbətimizdən bir-birimizi yaxşı anladıq, ünsiyyətimiz alındı. Elə bil illərin tanışlarıydlq.

Ayın 16-da Meyxoş müəllim mənə "Əsir qadın" kitabını hədiyyə etdi.

Axşam kitabı oxumağa başladım və iki gün keçməmiş tamamladım. Kitabı oxuyarkən həyəcanlanır, kədərlənir, erməni şərəfsizlərinin insanlığa yaraşmayan hərəkətləri məni dəhşətə gətirirdi.

Təssüf hissi keçirdim ki, bu kitabı indiyə kimi niyə oxumamışam.

Hesab edirəm ki bu kitabın hər bir azərbaycanlının oxumasına ehtiyac vardır. Biz 44 günlük müharibədə ölməz şəhidlərimiz, qəhrəman qazilərimiz, igid döyüşçülərimiz sayəsində şərəfli zəfər çalmışıq. Qalib xalq kimi dünyaya böyüklüyümüzlə, əzəmətimizlə qüdrətimizlə səs salmışıq.

Torpaqlarımızdan yağıları bir yolluq qovmuşuq. Amma məkrli, hiyləgər düşmənimiz nə qədər əzilsə də. burunu ovulsa da, şərəfsizlikləri ilə dünyada ad qazanmış havadarlarına arxalanmaqla hiyləgərlik donundan, heç zaman çıxmayacaqlar. Ona görə də gələcəkdə sülh şəraitində yaşadıqda belə, həmişə ayıq-sayıq olmalıyıq.

Oxucu kitabın hər səhifəsini oxuduqca iztirab keçirir, kitab müəllifinin yazı prosesində keçirdiyi ürək ağrısını,qəlb göynərtisini hiss edir.

Əsərdəki surətlərin hər birinin xstakteri müəllif tərəfindən elə gözəl açılmışdır ki, romanı oxuyandan sonra günlərlə onun təsirindən çıxmaq olmur. Əsərdə 3 il erməni əsirliyində olan Səidənin başına gətirilən müsibətlərdən, düşmənə qan udduran, qəhrəmanlıqla şəhid olan, əvvəlcə 44 faşisti məhv edən, daha sonra 8 nəfər insan əti yeyən qeyri-adi məxluqu cəhənnəmə vasil edən vətənpərvər Azərbaycan zabiti Əlinin, onların illərlə həsrətlə gözlədikdən sonra Allahın bu ailəyə bəxş etdiyi, ermənilər tərəfindən daxili orqanları satış məqsədi ilə götürülən sevimli oğulları Ruslanın siması gözümüzün önündən getmir. Düşmən zabiti Ohan necə də alçaq xislətli, mənliksiz, öz xalqının bütün xüsusiyyətlərini özündə birləşdirən şəxsiyyətsiz varlıqdır.

Ilk dəfə 2009-cu ildə çap olunan, sonra dəfələrlə nəşr olunan kitab haqqında çox yazmaq olar. Lakin düşünürəm ki, “ Əsir qadın” haqqında ədəbiyyatçılar-tənqidçilər, yazıçılar çox yazıblar, bu gün də yazırlar və gələcəkdə də yazacaqlar. Elə buna görə də kitab haqqında kiçik təəsüratımı sizinlə bölüşərək bir fikri qeyd etmək istəyirəm. Tariximizin bir hissəsi olan Xocalı kimi faciə yaşamış xalqımız düşməndən qisasını aldı. Bizi daha böyük və nurlu gələcək gözləyir. Amma heç zaman başımıza gətirilən faciələri unutmamalıyıq. Oxuculara, xüsusilərə gənclərə “Əsir qadın” kitabını oxumağı məsləhət görürəm.

Həmişə ayıq olağın,

Daha da sayıq olağın,

Xislətini tayqulağın

Unutmayaq, unutmayaq.

Sonda "Əsir qadın" romanının müəllifi Meyxoş müəllimə bir oxucu kimi təşəkkür edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.