“PALİTRA”NIN NÖVBƏRİ YARADICILIQ GÜNÜ
Bu gün (28.09.2025) AYB-nin Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Palitra Ədıbi Klubunun növbəti yaradıcılıq günü keçirildi. Bölmə rəhbəri ədəbi aləmdə baş verən yeniliklər barədə söz açaraq növbəti ay ərzində görüləsi işləri sadaladı. Sonra yazarlar növbə ilə öz əsərlərini oxumağa başladılar. Ənənəyə uyğun olaraq “saat əqrəbi istiqamətində” tanınmış şair Elşən Əzim özünün vətənpərvər ruhlu şeiriylə məclisə hərarət bəxş eldı. Sonra isə Ağabala Salahlı, Nicat Hunalp təzə şeirlərini oxudular. Həmçinin bölmə rəhbəri İsmayıl Mərcanlı Nicat Hunalpın yeni çap olunmuş şeir kitabını təqdimatını etdi. Mərhum şair Fəxrəddin Əzizin böyük qardaşı Ramiz Əzizov mərhum yazarın bir şeirini əzbərdən söylədi. Əhməd Əfsunun oxuduğu şeir də təsirsiz qalmadı. Mahir Musa da , xalqımıza zəfər sevinci bəxş edən şəhidlərimizi aid bir şeiriylə şəhid ruhlarının bir daha yad etdirdi. Satirik şair. Eldəniz Cəfəroğlu həmişəki kimi şeirləriylə zəmanəni qamçıladı. Sonra gənc şair, yazıçı-dramaturq Elçin Məhərrəm sərbəst şeirlərini oxuyub hamıda dərin maraq hissi oyatdı. Ağsaqqalədəbiyyat sevdalısı Rəşid Rəsulov həmkarlarına xeyir-dua verdi. MDU-nun dosenti Mehman Rəsulov “Şəhid atası” adlı şeiriyə məclisə həzin-kövrək notlar bəxş elədi. Sonda yazıçı-esseist Şamil Həsənin yeni essesi həmkarlarının marağına səbəb oldu. Elşən Əzim bunun realizm nümunələri baxımdan qiymətini xüsusi vurğulayıb yüksək dəyərləndirdi. Elçin Məhərrəm essenin eksistensial mətn olduğunu olduğunu, portuqal yazıçısı Fernando Pessoanın “Narahatlığın kitabı” əsəri ilə müqayisə edib onun da eyni problemləri, sıxıntıları öz əsərində təsvir etdiyini, fərqli tərəflərini söylədi. Və nəhayət bölmə rəhbəri İsmayıl Mərcalı müzakirəyə səbəb olan yazının maraqlı və dərin məna kəsb etdiyini vurğuladı və hamıya xeyi-dua verməklə “Palitra”dakı müzakirələrdə fəal iştirak edən yazarlara təşəkkürüü bildirdi.
ŞAMİL HƏSƏN
AYB Mingəçevir bölməsinin mətbuat xidmətinin sədri