İran İsrailə PUA-larla zərbə endirdi - YENİLƏNİB

DÜNYA 00:35 / 14.04.2024 Baxış sayı: 1701

İran tərəfi İsrailə onlarla pilotsuz uçuş aparatı istiqamətləndirib.

Yenises.az “Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ və İsrail kəşfiyyatından bildirilib.

Qeyd olunub ki, dronlar İsrailə bir neçə saata çatacaq.

***00:08

İran pilotsuz uçuş aparatları ilə İsrailə zərbələr endirib.

Yenises..az xəbər verir ki, bu barədə "KAN" radiosu məlumat yayıb.

İsrail rəsmiləri məlumatı təsdiqləyib. Qeyd olunub ki, Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı gecə saatlarında 3 saat bağlı olacaq.