İndiyədək 190-a yaxın jurnalistin adı Media Reyestrinə daxil edildi

HÜQUQ 18:21 / 30.01.2023 Baxış sayı: 1230

İndiyədək Media Reyestrinə 181 media subyekti daxil edilib.

Yenises.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva  deyib.

Səidə Şəfiyeva bildirib ki, həmçinin, jurnalistlərdən 190-a yaxın jurnalistin adı reyestrə daxil edilib.

Onun sözlərinə görə, media subyektlərinin müraciətlərinə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5-ci bəndinə uyğun olaraq baxılır və nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilir.