Gülnar Ümid : - Özünüz olun!

Bənzəməyin, özünüz olun!
Dəyişməyin, ibrət götürün!
Paxıl olmayın, bölüşün!
Yalan uğrunda yox, haqq uğrunda döyüşün!
Unutqan olmayın, yad edin!
Bağlı qapılara gedin!
İnsanları dərdinizlə yükləməyin, gülümsəyin!
Sevilməyi gözləməyin, sevin!
Kimsəsizlərə kim olun!
Körpələrə şirin dil olun!
Heyvanlara sığal olun!
Vicdanınıza iman olun!
Allaha əmanət olun!
Ps. bu mənim sadəcə istəklərim idi.
Özünüz bilərsiniz, kim olursunuz olun!