Güləşçimiz erməniyə qalib gəldi 

İDMAN 21:59 / 12.09.2022 Baxış sayı: 4349

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparmaq üçün meydana  çıxıb.

Yenises.az xəbər verir ki,  güləşçimiz Taleh  Məmmədov  63 kiloqram çəki dərəcəsində mübarizə aparan  erməni Qraçya Poqosyanla qarşılaşıb.

Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.