Faiq Balabəyli - SAXLADI
Bu şəkil təsadüfən qarşıma çıxdı. Qubada olanda çəkilib. Elə barbaşa yazdım . Təkrar dönüşüm olacaq. "Ütü" çəkərəm, misralara.
İstəyirdim qucaqlayım dağları
Dağlar məni ağuşunda saxladı
Dedi:- dincəl, eniş etmə heç zaman
Zirvəyə qalx, - yoxuşunda saxladı.
Havalandı çərpələng tək əllərim
yeni yeni kəlmə tutdu dillərim
Ağacların, çiçəklərin, güllərin
Təmizliyin doğuşinda saxladı.
Göyü təmiz, suyu şirin, qayası
igidliyin, əzəmətin mayası.
Lap zirvədə qartalların qıyyası
gur çayların axışında saxladı.
Qırız Dəhnə, xan duruşlu Xınalıq
Ötənlərə çəkdi məni bir anlıq.
Yaddaşıma qonaq gələn cavanlıq,
Qamətində, duruşunda saxladı.
Yapışmadım ətəyindən ümidin
necə axl mən bunları unudum.
Qəfil gələn, qucaq-qucaq buludun
Leysanında yağışında saxladı.