Ərdoğan  and içəcək - SABAH

DÜNYA 08:24 / 02.06.2023 Baxış sayı: 1749

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  sabah, yəni  iyunun 3-də parlamentdə and içəcək və həmin gün ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq.

Yenises.az Teleqraf.com-a  istinadla   xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

"Andiçmə mərasimi parlamentdə baş tutacaq. Cümhur başqanı sonra Prezident Sarayında andiçmə mərasiminə gəlmiş xarici ölkə liderləri və nümayəndələri qəbul edəcək. Elə həmin gün axşam Prezidentimiz yeni hökumətin tərkibini açıqlayacaq”, - Altun bildirib.