Elnur Uğur - Cismin halına bənzəmir,
Cismin halına bənzəmir,
Bir özgədir ruhun halı.
Cavab batində gizlənir,
Doğmayınca eşq sualı.
Tanrım,eşqin sətir-sətir,
Yayır qəlbdən dilə ətir.
Göy başım üstündə çətir,
Yer ayaq altında xalı.
Uca yaratdın insanı,
Səni tanımayan hanı?
Dərk elədikcə dünyanı,
Gözdən düşür dünya malı.
Yığcam Göstər