Elnur Uğur Abdiyev : - Sevirəm...

Ədəbiyyat 22:12 / 06.06.2023 Baxış sayı: 1066

Gəl oynama odla külə dönərsən,

Mən sevəndə dəli kimi sevirəm.

Ömərliyim tutur hərdən buraxmır,

Hərdən-hərdən Əli kimi sevirəm.

 

Bəlkə, sənə gəldiyin yol hamardı,

Bitməyib ki, davam edir yol ardı.

Mənim üçün sevgi şişmiş damardı,

Mən də onu zəli kimi sevirəm.

 

Eşqdən özgə söykənəsi üzüm yox,

Eşqdən qeyri söyləyəsi sözüm yox.

Yox demə ki, eşitməyə gücüm yox,

Hər sözünü bəli kimi sevirəm.