Elnur Uğur Abdiyev - DÜNYA...
Bu eşqin baharı çoxdan sovuldu,
Yağır yarpaq- yarpaq xəzan dünyaya.
İnsanla sevgini sübut eləyən,
Ayrılıq yazıbdı yazan dünyaya.
Öz nakam eşqinin çiyinlərində,
Bir tabutdu gedir, ağla bu ömrə.
Gözdə- qulaqda ol,sevdiyim,gözlə
Bir azdan çəkilər əzan dünyaya.
Körpələr körpüdür uçurulursa,
Yuxular diksinir,qaçırılırsa.
Tək ölüm son ana çarə olursa,
Ta gələ bilməz ki,mizan dünyaya!