Əbülfət Mədətoğlu : - Şəhid ANAsı

Gündəm, Ədəbiyyat 09:00 / 21.09.2023 Baxış sayı: 3413

 

Çöhrəsində caynaqlı

Kədər cığır açıbdı...

O cığırla təbəssüm -

Çöhrəsindən qaçıbdı -

Şəhid ANAsının!..

 

Lillənib baxışları,

Gözlər dünyadan küsgün...

Qəm yolu qırışları ...

Üzgündü, yaman üzgün -

Şəhid ANAsı!..

 

Görnüşü də kölgədi,

Pıçıltısı da, Allah!..

O, bir şəhid Ölkədi -

ŞƏHİDDİ adı, vallah -

Şəhid ANAsının!

 

Gücüm çatmır qaytarım

Sənə təbəssümünü...

Yaralı ürəyinə -

Sarı, təəssüfümü -

Şəhid ANAsı!..