Əbülfət Mədətoğlu : - Məni

Ədəbiyyat 09:20 / 03.09.2024 Baxış sayı: 1906

 

(Allaha və Sənə üz tutdum...)

 

Səndəmi yaxanı çəkdin kənara -

Qoydun dərdlərimlə baş-başa, məni?!.

Allahım ,hardasan, baxıb bu ara -

Bəlkə döndərəsən sən , daşa məni!

 

Ahımdan yorulub gözümdən qaçdın,

Külümdən üşəndin, közümdən qaçdın...

Bezdin dinləməkdən ,- sozümdən qaçdın -

Güzəştdə etmədin bu yaşa, məni...

 

Sınıb çilik-çilik oldum içimdə,

Susuz yarpaq kimi soldum içimdə...

Dünən "OL!" -demişdin, "OL"-dum içimdə -

Bu gün "ÖL!" sellənir, tay aşa, məni!..