Əbülfət Mədətoğlu : - Gələr

Bu gecə gördüyün yuxu,
Sənə bir azca yad gələr...
Yozdurmaq da istəməzsən -
Adının üstə ad gələr...
Eləcə fikrin dolaşıq
Gözünün dibi bulaşıq...
Görünən o yol da açıq -
Həm qəmli, həm də şad gələr..
Ömür dən kimi ələnmiş
O da bir azca sələmmiş!
Yəhəri qana bələnmiş -
Qapına hürkmüş at gələr!..
Həsrət də durub qəsdinə
Baxar, özünün dəstinə...
Sən əlini qoy üstünə -
Qəlbinə söylə, yat, gələr!