Əbülfət Mədətoğlu : - Allah, sənə açdığım əl,
Allah, sənə açdığım əl,
Ruhdan qopan saf diləkdi...
Onu söz-söz yaddaşıma -
Ürək əkdi, həm dil əkdi!
İçdə yuyub istəyimi,
seçdim mən lap üst deyimi!
Bildim O-dur dəstəyimi -
verən, gətirən mələkdi!
Yaşadığım anda anı,
Özün seçib, özün tanı!
Qəlbi, hətta bütün canı -
Bükdüyün sevgi bələkdi!
Ərk edib, əl açıb dinən
Mən, sevgi adlı bir dinəm!..
Nurunla dolubdu sinəm -
Misralarım da çələngdi!..