Bəhram Bilaloğlu : - Payız, sən ətirli qadın sevmişəm

Payız, sən ətirli qadın sevmişəm-
Gözləri saralan yarpağa bənzər.
Onun baxışında həyata sevgi-
Mənim gözlərimdə,bir bağa bənzər.
Keçdiyi yolları rəngarəng edər-
Payıza,daha çox oxşayan qadın.
Necə girdin axı,məsum ürəyə-
Yaşadı qəlbimdə möhtəşəm adın?!
Daha o payızın, rəngi də sənsən-
Tökülən yarpağlar sənin ətrindi.
Burda sevgilərdən üzlər çəkilir-
Üzlərin sevgisi qədər,dərindi.
Fəsillər içində bənzərsizsən sən-
Ruhum yaxın olur, hər səhər,axşam.
Ey mənim gözümdə payız qoxulu-
Yoxsan boğur məni,gəl,qəhər axşam.