Balayar Sadiq - Bir az

Ədəbiyyat 20:47 / 12.11.2025 Baxış sayı: 943

 

Bu sevdanın yarasından,

Axan qanı qoxu bir az.

Ağrısını oxşayıram,

Utanır dərd oxu bir az.

 

Yoxdu qoruyan mələyim,

Kəsilib əhdim,kələyim,

Dərdin qoymur mürgüləyim,

Sər gözümə yuxu bir az.

 

İndi soruşma yaşımı,

Dərdlərim qatıb başımı.

Vaxtın olsa,göz yaşımı,

Al ovcuna ,oxu bir az.