Ayaz Arabaçı : - Alındırammıram.

Gündəm, Ədəbiyyat 09:22 / 30.03.2023 Baxış sayı: 1533

Çox aldandım uşaq-uşaq,

Azım buğda, çoxum başaq,

Mən heç nəyi bu cür yumşaq,

Üznən alındırammıram.

 

Güc göstərin, qol göstərin,

Mənə ayrı yol göstərin,

Mənə əyri yol göstərin,

Düznən alındırammıram.

 

On əldə səhv, bir əldə düz,

Qalmayıbdı üzümdə üz,

Qaqaş mənə çappada süz,

"Yüz" nən alındırammıram.

 

Nə iynəyə desən, sapam,

Çində mamam, Rimdə papam,

Gərək başqa üsul tapam,

Söznən alındırammıram..

 

Bu da bir üzrxahlıqdı,

Tənhalıqdı, uzaqlıqdı,

Mənimki yalquzaqlıdı,

Siznən alındırammıram..