Aqil Abbas : - "Televiziyalarda bir arvad boğuşmasıdır, bir də həkimlərin reklamı" 

HÜQUQ 08:45 / 07.02.2025 Baxış sayı: 1363

"Mənfur sovet hökuməti dövründə Mərkəzi Komitənin qəzetində şöbə müdiri idim. Həkim haqqında adi xoş söz demək də qadağan olunmuşdu".

Yenises.az  bildirir ki, bu  sözləri  Milli Məclisin  plenar iclasında   millət  vəkili Aqil Abbas deyib.

O vurğulayıb  ki, bütün televiziyalarda bir arvad boğuşmasıdır, bir də həkimlərin, dərmanların reklamıdır:

"Buna bir əncam çəkilməlidir. Bu qədər həkim reklamı düzgün deyil. Yaz sessiyasında "Reklam haqqında" qanuna yenidən baxılmalıdır. Düzdü, bu, televiziyalara böyük ziyan vuracaq. Onlar arvad davası, həkimlərin reklamı ilə qidalanırlar".