Adilə Səfərovanın ŞEİRLƏRİ

Ədəbiyyat 15:10 / 16.02.2025 Baxış sayı: 965

 

Hər ahda ayrılıq var

Sıxır nəmli gözünü

kövrələndə göy üzü.

Zərif, kövrək olanın

Ümidini göy üzür.

Bulud göz yaşı kimi,

Ələyər narın-narın.

Yuyub silər tozunu,

Al çiçəkli kolların.

Damlalar döyəcləyər,

Titrədər ləçəkləri.

Qəmli baxışlarıyla

Üşüdər çiçəkləri.

Qopsa da budağından,

Haqqı- sayın itirməz.

Ağlama yarı qönçə,

Göz yaşı gül bitirməz.

Solar, qopar çicəklər,

Başlayar ayrılıqlar.

Ahlar qalar budaqda--,

Hər ahda ayrılıq var.

       ****

Sevgimdə oldun əzəl,

Tək səni sevdim, Vətən.

Qoynun hər yerdən gözəl,

Tək səni sevdim, Vətən.

Dinlə, nəğməmi dinlə,

Böyümüşəm eşqinlə.

Ruhum yoğrulub sənlə,

Olmusan canımla tən--

Tək səni sevdim, Vətən.

Olsam səndən aralı,

Qəlbim qalar yaralı,

Gül bənizim saralır,

Olar varlığım itən--

Tək səni sevdim, Vətən.

Vüqarı səndən aldım,

Mərd oldum, məğrur oldum.

Adın ilə ucaldım,

Qeyrətsən qanda bitən--

Tək səni sevdim, Vətən.

Alov çağlar adında,

Şərafət var odunda,

Gözün oydun yadın da,

Oldun Zəfərə yetən--

Tək səni sevdim, Vətən.

Gül- çiçəkdi sol-sağın,

Ucalárda bayrağın.

Bütövləşər torpağın,

Olar dərd-sərin ötən--

Tək səni sevdim, Vətən.

***

Payız ayrıliq qoxusu...

Dəyişər görkəmi yalin, yamacın,

Sovuşar bəhrəsi-- barı torpagın

Tökər budaqlarda yaşıl yarpağın,

Üryan ağacların gələr yuxusu--

Payız ayrıliq qoxusu...

**

Leyləklər köc edər , boş yuvasının,

Küləklər " toy" tutar yaraşığina.

Uzun gecələrdə qaçar yuxusu,

Gileylər edərlər Ay isıgina.

Dağılar, viranə qalar çoxusu--

Payız ayrıliq qoxusu ...

**

Bəh- bəhlə " Vağzali" sədası altda,

Sevənlər vüsala qovuşsalar da,

Çırpınıb titrəyər qız ürəkləri,

Bir özgə ocağa yovuşsalar da .

Kövrəlib yaşarlar hicran qorxusu--

Payız ayrılıq qoxusu ...