Yadigar Təvəkgul - Təpədən-dırnağa bürünüb eşqə
Ədəbiyyat
09:38 / 06.09.2026
Baxış sayı: 298
Təpədən-dırnağa bürünüb eşqə,
Sevgi mayasında yoğrulmuşam mən.
Göylərdə kəsilib sevda nikahım,
Eşqin anasından doğulmuşam mən.
Baxışım günəşdən bac alıb əzəl,
Saçımı səfəqin özü toxuyub.
Buludlar bəhs qurub kirpiklerimdən,
Dilimin nəgməsin yağış oxuyub.
Qəlbimi yuyubdur günahlarımdan,
Yaradan ruhuma azadlıq verib.
Haqqın qapısından düşən işıqla,
Getdiyim hər yola uğurun sərib.
Təpədən-dırnağa qoruyub məni,
Açılan hər günə cəsarət gəlib
Təpədən dırnağa qoruyub məni,
Bitib-tükənməyən ümid göndərib