UĞURLARINIZ DAVAMLI OLSUN

MƏDƏNİYYƏT 18:00 / 28.02.2024 Baxış sayı: 2457

 

Son illərdə çeşidli adlar altında nümayiş etdirdiyi yeni səhnə əsərləriylə repertuarını zənginləşdirən Mingəçevir Dövlət Dram Teatrı uğurlarını sıralamaqda, tamaşaçılara unudulmaz anlar bəxş etməkdədir. Fevralın 26-da, “Tərəqqi” medalına layiq görülmüş tanınmış aktrisa Afət Əliyevanın iştirakı ilə istedadlı yazar xanım Aygün Həsənoğlunun “Adsız qadın” əsəri əsasında hazırlanmış mono-tamaşa da Xocalı soyqırımında şəhid olan günahsız insanların xatirələrinə yönəlik ehtiram hissinin ifadəsi kimi hamını məmnun etdi.

Tamaşadan sonra qələm dostlarım Məmməd Mərzili və Elçin Məhərrəmli ilə birlikdə Afət xanıma yanaşaraq, ona təşəkkürümüzü bildirib, növbəti vaxtlarda da uğurlar arzuladıq.

Yeri gəlmişkən, teatrın direktoru, əməkdar artist, istəkli dostumuz İntiqam Soltan başda olmaqla, yarım əsrdən artıq yaşı olan bu sənət məbədinin yaradıcı kollektivinə və tamaşaların uğurlu alınması naminə zəhməti keçən hər bir şəxsə minnətdarlığımızı bildirirəm! Uğurlarınız bitib-tükənməz olsun, dostlar!

İSMAYIL MƏRCANLI İMANZADƏ

28.02.2024