"Söz" Ədəbi Məclisi "Ölum sevinməsin qoy."-dedi

15 fevral 2025-ci il tarixdə AYB Lənkəran Bölməsinin "Söz" Ədəbi Məclisində Azərbaycan xalqının görkəmli sərkərdəsi,iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general -mayor HƏZİ ASLANOVUN anadan olmasının 115 illiyi münasibəti ilə "Ölum sevinməsin qoy..." adlı tədbir keçirildi.
Tədbirdə H.Aslanovun ev muzeyinin,Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları,ziyalılar, bölgə yazarları iştirak etdilər.
Tədbirdə çıxış edənlər ölməz sərkərdənin həyat yoluna işıq saldılar, onun sovet tarixində misli görünməmiş qəhrəmanlığından söz açdılar, barəsində olan xatirələri dilə gətirdilər. Tədbirdə həmçinin generalı ədəbi sözdə əbədiləşdirən çoxsaylı bədii əsərlər barədə məlumat verildi.
Şairlər H.Aslanov barədə yazdıqları şeirlərini söylədilər.
Məktəbli şagirdlərin ölməz qəhrəman barədə ifa etdikləri şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Bütün reaksiyalar:
144Elman Eldaroğlu, Ismayil Imanzade və başqa 142 nəfər

