Şövkət Zərin Horovlu. - Darıxa-darıxa
Dözümümlə həsrətimi
əzdim darıxa-darıxa,
Yenə sənli günlərimi
gəzdim darıxa- darıxa
Bir həsrət kövrəltdi məni,
Yenə gəzdim xatirəni.
Tellərimə bənövşəni,
Düzdüm darxa-darıxa.
Bir üzədi ömür yolu,
Getdim gözü yaşla dolu.
Goz yaşımı sağa-sola,
Süzdüm darıxa-darıxa.
Qəm gölündə batdı gəmim,
Suda qərq oldu yelkənim.
Silib gözlərimin nəmin,
Üzdüm darıxa-darıxa.
Hər kəsə bir bəxt verilir,
Onu ansaq verən bilir.
İlahi, o necə sirdir -
Çözdüm darıxa-darıxa.
Ayı caladım ilimə,
Ömrü sökdüm ilmə- ilmə.
Svgi”günahmış “ sən demə,
Dözdüm datıxa-darıxa.
Mənzlə üzüağ çatım,
Bir az da dincəlim yatım.
Əlimi yerdən,Allahım,
Üzdüm darıxa-darıxa!