Sabir Zəkullaoğlu : - Onlar  ölürlər...

YAZARLAR 19:39 / 07.07.2024 Baxış sayı: 3254

Yaşadığım şəhərdə səfil həyat tərzi sürən adamlara rast gəlinir...

Xüsusilə gecələr. Doğrudur. Əslində onlar normal həyat sürənlərin çoxundan yaxşı yaşayırlar. Nə vaxt baxırsan, yeməyə dürməyi, içməyə, çaxırı, pivəsi var..

Hələ üstəlik, yaşadıqları konfort həyat şəraiti, onların nəinki bir, hətta iki it saxlamaqlarına da imkan verir..

Kitab oxuduqlarını görməsəm də, yatanda bəzilərinin başlarının altına kitab qoyub yatdıqlarını müşahidə etmişəm.

Həmişə belə hadisələri müşahidə edəndə yadıma Cek Londonun, Martin İden əsərindəki, sonradan Martinlə dostluq əlaqələri yaratmış "BOMJ" obrazı düşür..

Gərçəkdən də səfillərin heç də pis yaşamadıqların, təkcə ədəbiyyat yox, həm də real həyat nümunələrinin şahidi oluram.

İndicə oğlumla söhbətimdə gördüklərimi bölüşür və təhlil edirəm...

Oğlum həkimdir. Deyrəm oğul, bu insanlar, qış demir, soyoq bilmir, həp daşın, betonun üzərinə rahatlıqla uzanlb mışlq-mışq yatırlar. Bəziləri nə döşəkdən, nə də örtükdən belə istifadə etmirlər...

Soruşuram ki oğul, bəs bunlar niyə xəstələnmirlər, niyə ölmürlər..?

Oğlum deyir ata, sən hərdən bir onları say..

Hələ gör azalmırlar ki...?

Onlar ölürlər. Sadəcə yerlərinə başqaları gəlir..

Hamısı saçlı saqqallı olduqları üçün sən onun fərqində olmursan..

Sözüm o ki, hərdən ataların da oğullardan öyrənməli bəzi şeylər olur..