Sabir Zəkullaoğlu : - Narıncı rğng...

Narıncı rəng mənim ən çox xoşladığım rənglərdəndir. Əslində bütün rəngləri xoşlayıram, ancaq baxır sənə hansı rəng daha uyğun gəlir...
Rənglər də insanlar kimidir. Hər insan bir rəngdir. Ağı da var, qarası da, kürəni, sarışını da, hələ bozu demirəm...
Necə rənglərin bir-biriylə uyğun gəlməsi, uyuşması var, insanlar da elədir ..
Bir-birini yaxşı tutan rənglər kimi...
Bəzən ayaqqabı rəngdə kəmər seçməyimiz, qaçanda şalvarın düşməməsi üçün deyil, sadəcə rənglərin uygun gəlməsi üçündür..
Yəni, rənglər bu qədər önəmlidir, hətta nəyinki şalvarın düşmək təhlükəsi..
Nə isə, əslində sözüm bu deyil, sadəcə mən həmişə məsələnin üzərinə o qədər uzaqdan gəlirəm ki, bəzən yolda ya çala-çuxura düşür, ya da xoş bir üz görəndə ilişib onun yanında qalıram...
Sözümün məmmədqulusu odur ki, mən narıncı rəngi çox xoşlasam da, o ki, narıncı inqilablar oldu ha, bax o vaxtdan, mən narıncı rəngdə köynək almaq istəsəm də, qorxumdan almamışam...
Əslində Saakaşvilinin taleyi mənə sübut etdi ki, mən düzgün yoldayam, düz eləmişəm...
İndi qar yağıb iz itib, maşallah günəş də mənə işləyir, soldurub bütün rəngləri ..
Odur ki, mən də fürsətdən istifadə edib arzuma çatmışam....
Deməyim o ki, səbirli olun. Hər şeyin öz vaxtı var. Zamanı gələndə fürsəti də əldən vermək olmaz ..
Qızıl ortanı tutun, gedin..