Rüstəm Behrudi - İT HÜRÜR KARVAN YÜRÜR
Ötükəndə bir çadır;
Üstünə ağır-ağır,
Yay günündə qar yağır,
Dost görmür, düşmən görür..
Görür və sevinir!
Düşməni sevinməyə qoymaq olmaz!
İstanbul, Səmərqənd, Təbriz!
Türk etnosunun , coğrafiyasının ölümsüz ruhunun paytaxtı!
Düşmən hiyləgər və fəndkir!
Türk qorxusuz və ölümsüz!
Düşmənin aramıza təfriqə salmaq istəyi
İtin aya hürməyi kimi bir şeydi.
İt hürər, karvan keçər!
Tanrı vardı, bir də mən,
Bu yer, o göy yox ikən,
Baş kəndimiz Ötükən,
Vətən də Turan olsun...