Ön Söz ƏVƏZİ - Əbülfət Mədətoğlu
Bu an Sizinlə üz-üzə dayanan BİR SEVGİ , BİR YAŞAM TƏNHALIĞININ KİTABIDIR...
Görünür kitabın adı kimi bəxtinə də TƏNHALIQ, həm də XEYİR- DUASIZ DÜNYAYA GƏLMƏK DÜŞDÜ!!! KAŞ Kİ, BELƏ OLMAYADI!!! Axı kitabın redaktoru , həmçinin mən ONUN ÇAPINI ÇOX BÖYÜK SƏBİRSİZLİKLƏ GÖZLƏYİRDİK... Təəssüf ki ...TƏNHALIĞIN KİTABI... sükutla UĞURLANDI...
Dəyərli oxucu, vaxtın, zamanın imkan versə barı sən bu kitabın gəlişini "UĞURLU OLSUN!"- la qarşıla... Sizin hər birinizə sonsuz Sayqı və Sevgilərlə Tənhalığın ŞAHİDİ, həm də "Tənhalığımın kitabı"-nın MÜƏLLİF
Tənhalığımın ŞEİRİ
( Arxa üz qabığının ŞERİ..)
Köklənmişəm xatirələr üstündə ,
Yenə köhnə havamızı çalıram...
Çox şükür ki, itməyibdi yaddaşım-
Nə yaxşı ki, bu havada qalıram!
Gör nə qədər zaman keçib aradan -
Seçməmişik hələ ağı- qaradan!
Bu ömrü də bizə verib Yaradan -
Onu da ki, bərkə- boşa salıram!
Büdrəsə də gah ayağım, gah əlim,
Təki sən de, qaya çapım, dağ dəlim!
Gözlədiyim bir Ümiddi, bir Ölüm -
Arada da xəyallara dalıram!
Hər kəsdə var Yaradana bir Xitab
Dil deməsə , qalacaqdı sirr xitab!
Tənhalığım - özü qalın bir kitab -
Mən ləzəti tənhalıqdan alıram!
Kitabın İÇİNDƏ
Bu gün nəvəm Aysu xanımın 11 yaşı tamam olur!Onu ÖPÜB ürəkdən TƏBRİK EDİRƏM! Atalı , analı , sağlam BÖYÜSÜN!Baban Əbülfət.
Sən evimə gələn gün
Ev-eşiyim şadlandı...
Adını söylədikcə -
Dilim -ağzım bal daddı!
Hamı oldu pərvanən
Böyüdün ləçək, ləçək!
Qızların sırasında -
Oldun ən gözəl çiçək!
Hər yeni ad gününlə
Arzumuz da böyüyür!
Aldığın qiymətlərlə-
Atan, anan öyünür!
Xoşbəxt taleh, gülən üz-
Olsun ömür payın bu!
Səni şox sevirik biz -
Bunu unutma , Aysu!
Nərgizim
8 Sentyabr HƏYATIMIN , AİLƏMİN ən SEVİLƏN və XOŞBƏXT GÜNÜDÜR! Bu Tarixi Bizim üçün Yaradanımız - Uca Allahım BƏXŞ edib! 8 Sentyabr NƏRGİZİMİN DOĞUM GÜNÜDÜR! Dünyaya, DÜNYAMIZA GƏLİŞİN MÜBARƏK NƏRGİZİM!!!
Dilin baldan da şirin,
Məst oluram sözündən!
Gözündə məna dərin -
Gətir öpüm gözündən-
NƏRGİZİM!
Gülüşün sehirləyir
Ev-eşikdə hamını...
Durub , ürəklə yandır
Sən ad günü şamını -
Nərgizim!
Sağlam böyü, şən böyü
Gözəl olsun hər anın!
Xoşbəxtlərin xoşbəxti -
Sən ol, bizim dünyanın -
NƏRGİZİM!