Ramiz Qusarçaylı - Qara qutu

Ədəbiyyat 10:34 / 09.05.2026 Baxış sayı: 150

 

Putin Zelenskiyə ərizə yazaraq Moskvada parad keçirməyə razılıq verməsini ondan xahiş edib. Zelenski Putinə razılıq verib və ərizəsinə dərkənarı şeirlə qoyub. Şeirin adı “Qara qutu”du.

Dünyada hər doğunun

Batısı Moskvadı.

Zülmün, zülmətin tündü

Qatısı Moskvadı.

Donbas, Krım, Suxumi,

Düyünlənib sap kimi...

Hər oyunun tilsimi

Cadusu Moskvadı.

Tehran baş qaravaşı,

Dəməşq qanlı göz yaşı,

Yerevanın oynaşı,-

Lotusu Moskvadı.

Sibirin ağ ayısı,

Qafqazın dağ ayısı,

Xəzərin qağayısı,

Tutusu Moskvadı.

Siyasi təşvişlərin,

Hiyləgər sazişlərin,

Bütün qara işlərin

Qutusu Moskvadı.