Kəramət : - ÜSTÜNƏ PROJEKTOR DÜŞƏN DOVŞAN

YAZARLAR 09:31 / 10.07.2025 Baxış sayı: 1352

 

...kimidir müasir insan. Bizdə qəzet-məzet, sayt-mayt, şair-mair "müasir ədəbiyyat"dan hap-goplayanda bilmirsən ağlayasan, ya güləsən, bu bədbəxtliyin xoşbəxt HƏRŞEYOLOQU sərbəst söz birləşməsinin nə "müasir", nə də "ədəbiyyat" tərəfinin dünyada necə qavranıldığı qalsın bir yana ..axı bizdə "müasirlik" deyəndə nə anlaşılır ki..ədəbiyyatı da yapışdıraq böyrünə...

..nəyə bənzəyir, bilirsənmi? Süfrəsi bomboş..."Süfrə mədəniyyəti"ndən danışır,

milyonlarla ikiayaqlı ağzını açıb bəh-bəhləyir., ya da ağlaşır, aradabir "bəlkə, İlahi" sədaları.

Əvvəl acıyarsan mənzərəyə, sonra gülərsən, daha sonra "Ağlar -Güləyən" olarsan...kimsə bilməz ki..bədən dilin nə deyir.

Nə deyildiyi anlaşılmayan əyri-üyrü, yıpranmış sözlərə reaksiya da anlaqsız olar...

Özünün də içində olduğun obraz Zibil torbası...hə , yeriyən zibil torbaları ətrafa "ətir" yaya-yaya keçir ekranlardan, vitrinlərdən, tribunalardan...hələ zibilqabı sakimləri səni qovur ki, sən də zibilsən, amma bizim kimi iylənməmisən hələ...

QALIN ZİBİLLƏRİNİZLƏ.

İngiltərə zibilini Türkiyəyə gətirirdi və pul ödəyirdi, bundan ötrü hay-küy qalxmışdı, informasiyanı harada oxumuşdum?

Heç dəxli var?

AĞACLAR TORPAĞA MİSMARLANIB Kİ

ÇIXIB GETMƏSİN

"Mühacir" poemasındandır,

deyəsən "Azərbaycan" jurnalında çap olunmuşdu qədimlərdə.