GÜL MAYA FEYRUZQIZI : - GÖRƏ

Bizdə hər kəs sayılır imkana, var, yoxa görə.
Hörməti müəyyən olur, yığdığı az- çoxa görə.
Xidmətində qul olur, ağasının ac,yalavac.
Ona xalq tox görünür ,öz mədəsi toxa görə .
Gecə-gündüz çalışıb halal ,haram mal yığırıq,
Bir ömür əlləşirik beş - on metir ağa görə.
Yaradan bir- birinə varlığı möhtac yaradıb,
Öyünür ayna bulaq ,başı qarlı dağa görə.
Tapılmaz yüz arasaq səfasız səhranı sevə,
Torpaq da əzizlənir bar- bəhərli bağa görə,
Ey harın ,torpaq udan gordakı zənginlərə bax,
Əli boş əhli məzar bir ibrətdi sağa görə.
İlahi, minnətdardı şairə GÜL MAYA sənə,
Əbədi sönməyəcək ,söz adlı çırağa görə.