“Göyçə Zəngəzur Respublikası”nın qurucularına açıq məktub - Aygün Əttar yazır

HÜQUQ 21:32 / 14.11.2022 Baxış sayı: 1743

Uzun müddətdir camaat arasında səslənən və çoxlarının mənə yönəltdiyi “Hoca, Göycə Zəngəzur Cümhuriyyətinin nə işi var” sualına fikir vermirdim, çünki məsələyə ciddi yanaşmıram.

Üzərində dayanmağa belə ehtiyac duymadığım mövzunu nə hüquqi, nə siyasi, nə də əxlaqi baxımdan qəbul etmirəm və adını əvvəllər heç vaxt eşitmədiyim üç-beş adamın xırda məşğuliyyəti sayıram. Bu məsələ, belə demək mümkünsə, yavaş-yavaş nəzarətdən çıxıb və hüdudlarını aşıb.

Azərbaycanın dövlət bütövlüyünü pozmaq üçün bu insanları müxtəlif mülahizələrlə təşkilatlandıran, bu işin öhdəsindən gəlməyə can atan insanlara rast gəlirəm. Və belələrinə açıq məktub yazmaq qərarına gəldim.

“Tarixi bilmədiyiniz üçün xəbərsiz ola bilərsiniz, odur ki, anlaya biləcəyiniz şəkildə izah etməyə çalışım (müəllim kimi peşə vərdişi);

Göyçə də, Zəngəzur da Can Azərbaycanın ayrılmaz və tarixi torpaqlarıdır.

Azərbaycan dövləti və milləti ilə dünyadakı bütün soydaşlarımızla bir yumruq olmaq strategiyasını həyata keçirərək uğurlu nəticələr əldə etdiyi bir vaxtda, maraqlıdır, Göyçə Zəngəzur Türk Cümhuriyyəti qurmaq iseyası kimdən və hardan gəlib?

Mənə çox maraqlıdır ki, Ankaranın gecəqondu məhəlləsində “elan edilən” qondarma Cümhuriyyət (!) Azərbaycanın adından və gücündən istifadə edərək kimə və nəyə xidmət edir?

Bu qondarma cümhuriyyəti quranlar, Göyçə və göyçəlilər və Zəngəzur və zəngəzurlular adından danışmaq və çıxış etmək haqqını kimdən almısınız?
Həmin bölgələrin ziyalılarının rəyi dinlənilibmi?

Sorğu aparılıbmı?

Sizin bu addımınızın ən yüngül tərifi XƏYANƏTDİR.

Özü də təkcə Azərbaycana qarşı yox, “bir millət, iki dövlət” fəlsəfəsini Şuşa Bəyannaməsi ilə ittifaqa çevirdiyimiz Türkiyəmizdə fəaliyyətiniz İKQAT XƏYANƏTDİR!

Azərbaycan Türkiyə ilə bütün sahələrdə uğurla əməkdaşlıq edən, 23 min şəhid, 14 min yaralısə olan, bütün sahələrdə ayağa qalxmağı bacaran Qazi Vətəndir.

Sizin bu addımınızı ayağına daş dəyməsinə razı olmadığımız Türkiyədə atmağınıza icazə verməyəcəyik!

Bunu yaddaşınızda yaxşı saxlayın: Arazdan o yana, Zəngəzuru, Basarkeçəri, Astarası, Leriki, Qarabağı ilə Azərbaycanın şimalı və cənubu birdir, bütövdür.

Sapı özümüzdən olan baltalarla Qazi Vətənimi yaralamağa heç kimin haqqı yoxdur.

Birlik yolunda olanlara salam olsun.

Turan ellər var olsun.

Prof.Dr Aygün Əttar
Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü,

Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti