Emoməli Rəhmon Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

Gündəm 19:45 / 22.05.2024 Baxış sayı: 1000

Mayın 22-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ölkəmizə dövlət səfəri çərçivəsində Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Yenises.az  xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

 

  • Emoməli Rəhmon Ulu Öndərin məzarını ziyarət etdi - FOTO