Elman Qasımov,  “Zərdabi Nəşr” MMC-nin direktoru : - Coğrafi adlarımızın dəyişdirilməsi tariximizə vurulan zərbədir

Elm 11:44 / 29.08.2023 Baxış sayı: 2425

Tarixən insanlar bəşər cəmiyyətinin inkişafı ilə əlaqədar olaraq özlərinə ad verdikləri kimi yaşadığı yerlərə də müəyyən adlar vermişlər. Xalq heç bir coğrafi obyektə təsadüfi, yaxud mənası bilinməyən ad verməmişdir. Ola bilsin ki, bu gün müəyyən coğrafi adların həqiqi mənasını izah etməkdə çətinlik çəkirik. Baxmayaraq ki, həmin coğrafi adlar “dünyaya gələndə” konkret bir mənanı ifadə edib. Ancaq hər bir coğrafi ad tarixin daş yaddaşıdır. Bu adlar həmin ərazidə yaşayan xalqın tərcümeyi-halını özündə yaşadır.

Tədqiqatlar sübut edir ki, Azərbaycanda minilliklərin yaşıdı olan coğrafi adların əksəriyyəti zaman-zaman təhrif olunub, dəyişdirilib, qondarma adlarla əvəz edilib, ya da tərcümə edilərək əvvəlki mənasını itirib.

Sovet dövründə və ondan əvvəlki yüzilliklərdə rus imperiyasının xarici torpaqları zəbt etdiyi zamanlarda coğrafi adlarımız çox təhrif olunub. İndi bizim mütəxəssislərin əsas işi keçmiş adlarımızı tarixi mənbələr əsasında bərpa etməkdən ibarətdir,baxmayaraq  ki, dəyişilmiş adların sonradan bərpası çətindir.

Coğrafi adlar xalqın milli sərvətidir. Qədim yer adlarının qorunub saxlanması həm milli, həm də dövlətin qədimliyi məsələsidir. Çünki xalqı yaşadan addır-A. A. Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır ki, əsrlər, hətta min illər boyu bu ölkənin bir çox yerlərinin və tayfalarının ilk adlarını məhv edə bilməmişdir.

Görünür bu humanist alim yer üzündə erməni adlı bir cığal millətin olduğunu unutmuşdur. Çünki, onlar Ermənistanda yaşı eralarla ölçülən türk mənşəli oronimləri dəyişdirərək özününküləşdirmişlər”. Azərbaycanda isə son vaxtlar sığınacaq verdiyimiz ermənilər də öz çoxbilmiş babaları kimi hərəkət etmiş, Yuxarı Qarabağ ərazisində xeyli türk mənşəli coğrafi adları dəyişdirərək öz dillərində səsləndirmişlər.

Qarabağda olan erməni adlarının tədqiqi sübut edir ki, hazırda ermənilərin yaşadıqları kəndlərin vaxtı ilə həqiqi adları  təmiz azərbaycab dilində olub.   Çünki ermənilərin bu ərazilərdə sığınacaq tapması yaxın tarix olduğu üçün həmin yer adlarının bərpası o qədər də çətinlik törətmir.

Tarixi sənədlər sübut edir ki,  ermənilər Azərbaycana sonradan gəliblər.Azərbaycanda elə adlar var ki, onlar gələndən sonra həmin adları tərcümə edərək həqqi adını unutdurublar. Məsələn, Ağ kəndi-Spitakşen, Daşbulağı-Qaraxbür, Almalını-Xındzori və s. ediblər.

Faktlar sübut edir ki, Ermənistandakı coğrafi adların 90%-iAzərbaycan mənşəli adlardır. Lakin Ermənistan ərazisində olan türk coğrafi adlar ermənilər tərəfindən dəyişdirilib.Ermənilərin türk mənşəli toponimlərə sonradan verdikləri adların hamısı qondarma adlardır. Onlar bunu tərcümə yolu ilə ediblər. Elə ki, onlar adları tərcümə etməklə bir şey edə bilməyəcəklərini görüb sonradan bu adları ikinci etapda bir də dəyişiblər. Lakin onları hafizələrdən silmək mümkün olmayıb. Çünki köhnə xəritələr dünya arxivlərində mövcuddur.  Həmin xəritələr əsasında 900-ə qədər türk mənşəli adları araşdırılıb. Onun 90%-i Azərbaycan, türk mənşəli addır. Bir hissəsi hibrid, yəni Azərbaycan-erməni, qalanları isə fars dilinə, rus dilinə məxsus toponimlərdir. Müəyyən hissəsi isə mənası aydın olmayan adlardır. Ermənistanda lap az miqdarda erməni toponiminə rast gəlinir ki, bunların özləri də hələlik şübhəlidir. Bu da bir daha sübut edir ki, Ermənistan adlandırılan ərazi heç vaxt ermənilərin vətəni olmayıb.

Tarixin müxtəlif kəsimlərində Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi adi hal almışdır. Qarabulaq (indiki Füzuli rayonu) Qaryagin, Cəncə-Yelizavetpol-Kirovabad-Gəncə, Biləsuvar-Puşkin, İndiki Şirvan şəhəri-Zubovka, Sabirabad- Petropavlovka, Beyləqan-Jdanov, Şahbuz-İliç, Hacıqabul-Qazıməmməd, Xocavənd- Martuni, Ağdərə-Mardakert olmuşdu.

Belə xətalar xəritələrdə də öz əksini tapmışdır. Halbuki xəritə dövləti əks etdirir, onu dünyada tanıtdırır. Ona görə də coğrafi adların xəritədə əks olunmasına, yazılışına xüsusi fikir verilməlidir. Xəritəyə mənası məlum olmayan, qondarma adların yazılmasının qarşısı alınmalıdır.Xəritə tarixi sənəddir. Onun tərtibi zərgər dəqiqliyini sevir.

   Yer adlarımızın dəyişdirilməsi ulu tariximizə vurulan zərbədir.