Əbülfət Mədətoğlu :-Tək qalıram...

Hamı yolun ayırır -
Tində, tək qalıram mən...
Məcnunluğum sayılır -
Min də . tək qalıram mən!..
Bu bəxtdi, nə yazıdı
Olanların azıdı!
Bir gözəlin nazıdı -
Gündə tək qalıram mən!
Ruhumu sərib niyə,
Deyirsən "Qərib!" - niyə?
Salıbsan qəribliyə -
Çində, tək qalıram mən!
Göylərə açıb əli
De, Allahu-Əkbəri!
Məcnun - yəni ki, dəli -
Dində tək qalıram mən!