Bəhruz Niftəliyev - Soyunub yaralarımı
Ədəbiyyat
09:41 / 07.09.2026
Baxış sayı: 320
Soyunub yaralarımı,
Soyuyub istəklərimdən
İsti-isti sənə gəlsəm
Tanıyarsan məni?
Günahlarım haqq qazansa,
Ədalətin ağ yalansa,
Sənin ruhun yağmalansa
Danlayarsan məni?
Əzab nədir çəkir içim,
Yavaş- yavaş çökür içim,
Zəm-zəm suyu gətir içim,
Daşlayarsan məni?
Dağa dönüb dağılanlar,
Ağa dönüb saçlarımda.
Tanrı, canı borc alanlar
Anlayarsa məni…
Qınamazlar!
Allah, məni görürsənmi?
Bir bəndəni bir bu qədər
Sınamazlar… sınamazlar!!!
06.09.26