Ayaz Arabaçı : - Yaxşıdı

Ədəbiyyat 16:45 / 22.05.2024 Baxış sayı: 956

 

İmkan tapıb ağac əkin, gül əkin,

Hər tərəfin bağ olmağı yaxşıdı.

Yoxsa bir-bir paçevniki paslanar,

İşimizin yağ olmağı yaxşıdı.

 

Bilirsənmi kimlər gəzib o atda,

İnsaf yoxdu, ayda, gündə, saatda,

Bacardıqca yeyin -için həyatda,

Kefimizin çağ olmağı yaxşıdı.

 

Sınanıbdı təcrübədə min sənə,

Bilirmisən nə deyibdi İbn-Sina,

Ən gözəl tac sağlamlıqdı insana,

Canımızın sağ olmağı yaxşıdı.

 

Uzatmayaq ipi-ipə düyüyüb,

Niyə belə  zəhər qusaq öyüyüb,

Hətta oğul-uşağın da böyüyüb,

Üzümüzə ağ olmağı yaxşıdı.