Ay  Bəniz Əliyar : - Gözlərimin getdiyi yol

Ədəbiyyat 10:32 / 10.08.2026 Baxış sayı: 350

Gözlərimin getdiyi yol

ayağımın yollarıyla

tən deyilsə,

Demək,

bu yolun başında

duran kölgə sən deyilsən!

Qovar külək

saçlarımı dalğa kimi,

Boylanırsan

gözümdəki qayğı kimi...

İçimdəki boşluğuna

dənizləri qurban verdim,

Gücüm olsa

gedişinə dur deyərdim.