Adilə Nəzər- Təkrirlər... (epifora)

Ədəbiyyat 13:39 / 10.08.2026 Baxış sayı: 167

 

***

Çəkil, fələk, get başımdan,

Susuram yorğun-yorğun.

Razıdır o, göz yaşımdan

Baxıram ağrın-ağrın.

 

Bir hovur dincəlim, gülüm,

Gələndə demir ki ölüm..

İçimdə tufandır, çölüm

Göl kimi durğun-durgun.

 

Qara olub ağ, artdıqca,

Üz rəngləyib ağartdıqca..

Onlar məni ağlatdıqca

Gülürəm darğın-darğın.

 

Qəm dərib arzu əkirəm,

Bilməyən sanır çökürəm..

Arı kimi bal çəkirəm

Çiçəkdən oğrun-oğrun.

 

Ömür yığılar addıma...

Hər addım sallam yadıma,-

Öz “ədalətli” adıma

Yaşaram uyğun-uyğun.

 

Adilə də pay diləyər,

Qoşula gedə küləyə...

Aşiq oldum bir mələyə,

Gözlərəm vurğun-vurğun.

17.07.2021