Aləmzər Sadıqqızı - Ölümlə oynayıram...
Barışa bilmədim mən bu ömürlə,
Çürütdüm bu qızın arzularını...
İnsafsız olmazdı Allah bu qədər,
Mən sildim alnımdan yazılarını.
Kimsənin gunahı yoxdu bilirəm,
Ən gözəl günahkar mənim ürəyim .
Ciçəyə vuruldu, gülə vuruldu,
Bütün sevgilərə qənim ürəyim...
Nə bahar yaşadı, nə yayı gördü...
Omrün payızına ağlayan gözüm.
Qışına az qalıb qış ürəyimin ,
Hələ düşünürəm varmı bir çözüm?
Deyirsən mən sənə "qara yarayam"...
Demədim sən qara sevdamsan adam...
Mən sənə dünyanın ən yad adamı,
Sən mənə ən doğma adamsan adam...
Bilmədim hayandan gəldin ömrümə,
Səni sevməməyə gücüm çatmadı,
Nə qədər bağırdım yazıq könlümə,
Ürək məni atdı, səni atmadı...
Aləməm ötürdüm çiçək dövrümü,
Sevgi adlı külümlə oynayıram.
Necə deyim məndən sənə yar olmaz,
Sənə qurban , ölümlə oynayıram...
21.9.2025.