Adilə Nəzər : - SİTƏM ETDİM

Ədəbiyyat 14:59 / 10.07.2025 Baxış sayı: 1247

 

o kim idi, -məni peşman eləyən,

Niyə gəldi qanıma boyanmağa?!

Çay daşıydı, məni viran eyləyən,

Utanmadı bir dağa boylanmağa?!

 

Yalanına Sevgi kimi büründü,

Həyatıma ilan kimi süründü,

Bədniyyətli xeyirxah tək göründü,

Adətkardı etdiyini danmağa.

 

Elə gəldi, belə getdi dildə qənd,

Qəlbimə saldığı ah göyə bülənd,

Ondan qalan peşmançılıq yola bənd,

Həvəs yoxdu sabaha oyanmağa.

 

Başa külü, gözə duman eylədi,

Açıq gözlərimi yuman eylədi,

Sakit həyatıma tufan eylədi,

Ta taqətim qalmayıb dayanmağa.

 

Sitəm etdim yaddaşımda izinə,

Məndən sonra döysün daim dizinə,

Çarə qalsun öz odunun közünə

Təkrar-təkrar alovlanıb yanmağa.