XİN: Ermənistan 4 kəndin geri qaytarılmasına razılıq verib

SİYASƏT 18:00 / 19.04.2024 Baxış sayı: 758

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.

Yenises.az xəbər verir ki, bu barədə XİN sözçüsü Ayxan Hacızadə bildirib.

Çoxdan gözlənilən tarixi hadisə:

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.