Azərbaycanda yeni peyvənd vurulacaq

Sağlamlıq 10:19 / 02.05.2024 Baxış sayı: 1418

Azərbaycan səhiyyə nazirinin müvafiq əmrinə əsasən, profilaktik peyvəndlər təqvimi yenilənib.

Yenises.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təqvimə “GDT Hib Hep B İPV” (Heksavaksin) vaksini əlavə olunub.

Təqvim Avropa İttifaqının maliyyə dəstəyi isə Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində hazırlanıb.