Binnət Hümbətoğlu : -  KAN

YAZARLAR 07:47 / 02.05.2024 Baxış sayı: 1163

(Müəllifin arxivindən)

 

Hacıbala Abutalıbov 80

(Günəşdən əvvəl doğulan işıq silsiləsindən)

«Bahar istəklimsən başdan-binadan,

Ən gözəl qızısan, Sən təbiətin…»

 

Bu misralara diqqət yetirin! Görün, təbiət şairi, gözəllik şairi, nəhayət qüdrətli zəkaşairi, böyük Səməd Vurğun təbiətin, ilin ən gözəl anını, zamanını necə canlandırıb, necəinsaniləşdirib. Özü də təkcə insanlaşdırmayıb, həm də onu əcdadlarımızın təmizlik, paklıq, bakirəlik anlayışı olan «qız» adı ilə ifadə edib. Yəni «qız» mlili anlayışımızda sadəcə qadıncinsi anlayışına gəlmir, eyni zamanda ülvilik, toxunulmazlıq, alınmazlıq, fəth edilməzlik və s. bukimi anlayışlarda da qəbul edilmişdir. Məsələn, bu gün «Qız qalası» kimi təqdim olunanmüxtəlif məqsədli qalalar, tikililər, ibadətgahlar və s… 

Xan (kan – tanrı nurunun parıltısı – Tanrı, cəmiyyətə şamil edildikdə hakimlik, hökmdarlıq titulu, Xan – Kakan, Kaqan, Kağan – Xanlar xanı, böyük xan, şahənşah, dahasonradan isə bir varlığın, anlayışın yüksək, ali qiymətləndirmə forması, ifadəsi; məsələn, XanAras – su, çay, Xan Çinar – bitki, ağac, Xan Çoban və s.) ifadəsi də o cümlədən…

Götürək elə Xan Çoban ifadəsini: Bu söz – anlayış əsasən bu günümüzdə «Apardı sellərSaranı» xalq mahnısı ilə əlaqələndirilir. Yəni folklorşünaslarımızın araşdırmalarına görəhansısa Xan adını almış bir çobanın (loru dildə desək, qoyun otaranın) evlənmə zamanıgəlinini at üstündə gətirərkən Arpa çayından keçəndə sel gəlib və gəlini aparıb.  Bununla da busözlər və mahnı yaranıb. Tutaq ki, elə belədir. Onda bəs məntiqə necə yanaşaq?! Gəlinin adınınSara (Sara – Günəş əks oxunuşda Aras) olması təsadüfdürmü?

Təəssüflər olsun ki, folklorşünaslarımız bu cür dərin məsələlərə daim bəsit yanaşmışlar, yaxud da özləri bəsitləşdirmişlər. (Əlbəttə onları da qınamaq düzgün olmazdı. AxI, İşıq Tanrıdini və Günəşçilik dini tarixinə girişmək hələm-hələm elm adamının işi deyildir). Məsələn, bugün «Qodu-qodu» («Udu-udu») «Buta» (Buda) və s. kimi anlayış, ifadələr kimi… Hansı ki, bukimi anlayışların hər birinin ayrı-ayrılıqda öz tarixi hadisəsi, təsivri və s. əlamətləri olanməntiqi əsası vardır…

 

«Arpa çayı aşdı-daşdı,

Sel Saranı aldı qaş(ç)dı…»

 

Bu ifadələr çox sadə dillə – yəni xalqın ədəbi-bədii folklor yaradıcılığının intibahdövrünə – orta əsrlər dövrünə aid bir dillə ifadə olunmuşdur. Əlbəttə bu yönümdən yanaşsaq, hardasa bu mahnı haqqında söylənilən müasir rəvayətləri qəbul etmək olar (necə ki, bu günqəbul edilmşidir). Ancaq daha dərindən fikirləşib məntiqlə yanaşsaq, yox, görərik ki, məsələtamam başqa mətləblərdən xəbər verir…

Mən ayrı-ayrı yazılarımda, ötən ilki kitabımda aidiyyəti söz və ifadələrin kod yazıformalarını, onların öz dövründəki məna və mahiyyətlərini bacardığım qədər verməyəçalışmışam. İndi təkrar olsa da, fikrimi əsaslandırmaq üçün bir daha ifadə etmək istərdim.

Məsələn: Aras sözü və bu sözün aid olduğu çay. Bu çayın ən qədim adı (yəni Aras adınıalana qədər) «Diyatiya» olmuşdur. Bəs necə olmuşdur ki, sonradan Aras adını almışdır?

 

A – ağ işıq, yəni ilk yaradan Tanrı. S – söz, bəzi hallarda səs. As birləşməsində  ilkin  olaraq qüdrətli söz-səs sahibi – Tanrı. Zaman keçdikcə qüdrətli insan, alim, hökmdar, sərkərdə, daha sonra isə kütlə, xalq, bu xalqların yayıldığı ərazi və s. 

A yenə də yuxarıda olduğu kimi. R isə şəfəqi, şöləni bildirir. Sonradan Ar birləşməsindəisə paklığı, təmizliyi, ülviliyi bildirir (Əks oxunuşda; RA – Şəfəq saçan Tanrı, günəş). Arasbirləşməsində ilkin olaraq ülvi, pak, Tanrının sözü, qüdrət kəlamı. Nəzərə alsaq ki, işıq Tanrıdini ibadətləri (sonradan günəş, yəni yaradan tanrının özündən dışartdığı, çıxartdığı işıq, ud – od) su hövzələrində – günəşin suda əks olunan əksində vəftiz (dəstəmaz) olunmaqla, yuyunubtəmizlənmə ilə başlayırdı, onda görərik ki, bu fikir nə qədər məntiqə uyğundur. Beləliklə də, Pak Tanrıya, onun sözünə ibadət anlayışı tədricən ibadət edənlərin milli kimliyinə – adına, məskəninə, yerinə çevrilməyə başlamışdır.

Digər tərəfdən bu günkü günəş ifadəsi ən qədim səsləndirmədə Sara kimi təqdimolunduğundan onun əksi düşən yer – suda əks olunmada… və oxunuş (kodlaşmış) formasında – Aras kimi qəbul edilmişdir.

Arpa çayı isə Aras çayının mənbələrindən birini təşkil edir. Nəzər yetirək: Ar və Aifadəsi yuxarıda olduğu mənada qalır. P isə ali, zirvə, ucalıq, yüksəklik (sonradan rütbə, çin-paşa, pasa, asap) mənalarında işlədilib. Pa, Ap birləşmələrində – ən yküsəkdə olan Tanrı, təkyaradan Tanrı, Uca Tanrı mənalarını verir. Heç şübhə etmirəm ki, digər sözlər kimi, arpa(bitki, taxıl), aparmaq (nəyisə harasa aparmaq) və s. bu kimi ifadələr də sonradan, zamankeçdikcə həmin bu ilkin sözlərdən törəmişdir:

 

«… Apardı sellər Saranı

Bir uca boylu cavanı.»

 

İndi isə keçək, Xan Çoban ifadəsinə…

Muğam musiqi ifaçılıq sənətinin Xanı, qüdrətli Xan Şuşinski (İsfəndiyar Cavanşirov) qeyd edir ki, bu mahnını yaylaqda qastrol səfərində olarkən bir saz aşığından eşidib və işləyibbu günkü formasına salmışdır…

 

«Gedin, deyin Xan Çobana,

Gəlməsin bu il Muğana…»

 

Əvvəl başlayaq Muğan (muqan, mukan) ifadə və anlayışından: bu ifadə ilkin olaraq Muvə Kan kod yazı formasında olmaqla zaman keçdikcə birləşmiş, birləşdikdən sonra isə səs vəişarə uğramalarına məruz qalaraq bugünkü şəklinə düşmüşdür. Yəni yazının əvvəlində qeydetdiyim kimi dəyişikliklər baş verdikcə sözün, ifadənin ilkin məzmun və mahiyyəti dəyişərəkbaşqa anlayışları təqdim etməyə başlamışdır.

Tədqiqatçıların fikrincə, Mu ifadəsi təxminən 20 min il bundan öncə mövcud olmuş – yerüzünün tək milləti Amuların (yəni bizim əcdadlarımızın – ukurların, uyğurların, asların, asarların) yaşadığı qitənin (18 min il bundan öncə vulkan  püskürməsi nəticəsində məhv olmuş, salamat qalanların Qafqaza və Nil sahillərinə gəlmiş qohum tayfa birləşmələri olan maya vəuyğurların, sayıs və asarların əcdallarının qitəsi) adını ifadə edir (əlbəttə ki, yerli əhalininözlərinin ifadə etdiyi tərzdə). Lakin tədqiqatçılar bu ifadələrin açmasını verməmişlər.

Digər yazılarımdakı izahlarımı nəzərə alsaq, M səs və ifadəsi A səs və ifadəsinə sinonimolaraq işlədilir. Yəni Tanrı – əsas, yaradan maya Tanrı mənasında. Lakin zaman keçdikcə busəs və ifadə də (M) A və digər səs və ifadələr kimi başqa-başqa mənalarda da işlənməyəbaşlamışdır. Məsələn, yuxarıdan aşağı millənmək (ilkin olaraq işığın, sonradan quşun, insanın, hər hansı bir düşən, atılan əşyanın və s.), sallanmaq, düşmək, eyni zamanda da düzlük (xəttidüzlük, evin damına düzülən mil-tir, corab toxumaq üçün mil və s.), tarazlıq və s. bu kimimənalarda da işlənməkdədir. 

Hesab edirəm ki, qitədə yaşayan Amular da öz milli adlarını da məhz bu ifadədəngötürmüşlər.

Yəni onlar yaşadıqları ərazilərin vulkanik zona olduğunu yaxşı bildiklərindənməhvəqədərki vulkanları maya Tanrının «ud»u (bu söz şumerlərdə günəşə verilən ifadədir - Udu), odu, Tanrıya məxsus olan od (ud), Maya ud, Mayanın odu (udu) və s. anlamda qəbuletmişlər.

Kan (eyni zamanda da Xan) ifadəsində isə K – Tanrının (sonradan Günəşin də) parıltısı, işığı (sonradan Kamas, Qamas, qamaş(ma)  gözün işıqdan qamaşması və s., parlaq işıq; Ayuxarıda qeyd olunan kimi, N – nur, mülayim şəfəqli, bəlağətli işıq. Birləşmə şəklində. Kan – Tanrı nurunun parıltısı anlamına gəlir.

Ümumilikdə, Mukan (Muğan), İşıq tanrıçılarının, sonradan Günəşçilərin, dahasonradan onların davamçıları olan Zərdüştlərin həm yaşayış, həm də inam, ibadət yerləri, məbədgahları və s. kimi təqdim olunmuşdur. Elə buna görə də bu dini-ibadətlərindaşıyıcılarına – kahinlərə dövrü-zamanından asılı olaraq Mak, Muk (Maq, Muq, Muğ), buifadənin kod təqdimatında (əks oxunuş və s.) Kam, Kum (Qam, Qum) deyərək müraciətetmişlər.

Çoban (əslində Çaaban) sözünün açılışı da bu üsulla açılır və mənalandırılır.

Ç (C) – çağırmaq, car çəkmək, ibadətə dəvət etmək və s. şəkildə təqdim olunur. Çabirləşməsində – Tanrı carı, Tanrı  ibadətinə çağırış. B – evi, binanı özündə əks etdirir(şumerlərdə bu şəkildə         işarələnir).

Ab birləşməsində – Tanrının evi, binası (ta qədimlərdən günəşin suda əks olunduğu yer). An əvvəlki qaydada – Tanrının nurunu bildirir (daha  sonralar isə yer, məskən mənasında).

Çaaban sözünün (kod yazılışının) ümumən götürdükdə, mənası Tanrı evinin (ibadətyerinin, Ab-ın, məbədin carçısı, əzançısı) carçısı, ibadətə çağıran deməkdir. Daha qoyunotaran, naxır otaran yox…Bəlkə də bu ifadənin qoyun otaran mənasına gəlməsi zamankeçdikcə bu carçıların bir mühafiz, bir qoruyucu (məbədlərin) anlamına çevrilməsi funksiyasıdaşımaları dövrlərindən sonra formalaşmağa başlamışdır ki, bir sıra səmavi kitablarınverildiyi peyğəmbərləri həm real, həm də məcazi mənalarda Tanrı bu cür təqdim etmişdir.

Məsələn, Yaqub, Musa, İsa kimi peyğəmbərlərin sürü otarmalarını və hətta Məhəmməd(ə.s.)in uşaqlıq dövründə (mələklərin  onun ürəyini çıxarıb, qar kimi ağ vasitə ilə çirkli qandantəmizləmələri dövrü) dayəsinin oğlu ilə quzu otarmasını yada salmaq olar.

İncildə isə ayələr tam məcazi şəkildə bu ifadələrlə İsa peyğəmbərə təlqin olunur və s. 

Nəticə etibarilə bu mahnının sözlərinin mahiyyəti ondan ibarətdir ki, Xan Çobana deyinMukana (Muğana) – ibadət yerinə gəlməsin. Çünki dağlarda tufan qopub, yağış yağıb, selgəlib, çay daşıb və Saranı – Günəşi aparıb. O mənada ki, sular bulanıq olduğundan Saranın – Günəşin əksi – evi – ibadət yeri görünmür. Və təbii ki, ibadət – ayin, mərasim baş tutmayacaq. Gəlib hədər yerə xalqı çağırıb günaha batmasın…

***

 

Əziz qardaşım!

İndi yenə bəziləri mənə sual verəcəklər ki, «bütün bunların Hacıbala müəllimə nə dəxlivar?» Necə ki, o biri yazılarımda «Muğamın Hacıbala Abutalıbova nə aidiyyəti var?» demişdilər. Ancaq həmişə olduğu kimi, mən yenə də narahat deyiləm. Çünki belə şeylərə artıqöyrənmişəm. Mən təbii ki, «Bu əlaqələri» başa düşənlər üçün yazıram, düşməyənlər üçün yox… Bunun bir səbəbi də odur ki, mən «qara kütlə» arasında yazıb-yaşayan adamam. Bu cürfikirləri də əsasən onlar söyləyirlər. Hətta qəribə gülüşlərlə də qarşılayırlar. Özlərini elitartəbəqə sayanlar üçün isə belə şeylərin əsla əhəmiyyəti yoxdur. Onları tamam başqa məsələlərmaraqlandırır. Mənim əsib-coşmağım, ağlıma gələni (əlbəttə ki, mənəviyyatdan kənar fikirləristisna olmaqla) yazıb-pozmağım, belələrinin nəyinə gərəkdir?! Heç istəmirəm də; başımsalamat olar… Sizin dostluğunuz, mərhəmətiniz, səmimi-təmənnasız münasibətiniz bəsimdir.

Ötən il yubileyiniz oldu. Bütün dostlarınız kimi mən də hədsiz sevindim.

Ölkəmizin məharətli, mərhəmətli, xalqımız üçün qəlbi hədsiz qayğılarla doluprezidentimiz İlham Əliyev Sizin ləyaqətli ömrünüzün çiçəklənən anını və çox şərəfliəməyinizin bəhər – nanını bu gün münasibəti ilə qədərincə dəyərləndirdi, şərəfləndirdi – Siziölkəmizin ləyaqət ordenlərindən biri ilə – «Şərəf Ordeni» ilə təltif etdi.

Mən Sizi sevən, istəyən bütün dostlarımız adından cənab prezidentimiz İlham Əliyevədərin təşəkkürümü bildirirəm!

Əvvəllərdəki təbriklərimdə qeyd etdiyim kimi, Siz elə işıqsınız, elə bir şəfəqsiniz ki, hərgün günəş çıxmazdan qabaq şölələnirsiniz, gecənin bağrını yararaq doğma şəhərimizi – Bakımızı nura qərq edirsiniz. Günəş sanki heyrətlənir özündən əvvəl doğulan bu işığa…

Bəli, Siz, hər gün  işinizə səhərin ala-toranlığına bərq vurmaqla başlayırsınız. Elə bil ki, günəşi utandırmaq istəyirsiniz.

Sizi müşahidə edən dostların dediyinə görə, Siz hər gün işinizə dan sökülməmişdənsağlığında varlığından, indi isə müqəddəsləşmiş ruhundan bir istilik, bir hərarət, bir güc, birqüdrət aldığınız Ulu öndərin əbədi anım məkanını – müqəddəs məzarını ziyarətləbaşlayırsınız. Yəqin ki, əməyinizin bu ali şöhrətinin – yenilməz zəfərinizin ən uca zirvəsinin sirridə elə bundadır.

Sizi çox yaxından tanıyan dostlar bilir ki, Siz sözün həqiqi mənasında yenilməz və həm dəöncül bir İstiqlalçı olmusunuz… Və bundan da qat-qat üstünü; bütün qəlbinizlə, ruhunuzla, hətta onun ideyaları yolunda canınızı, vücudunuzu hər an fəda etməyə hazır olan bir Heydərçi, bir Əliyevçisiniz.

Heyrətləndiricisi də odur ki, Siz bu ruhda, bu istəkdə olanların birincisisiniz. Ümidvaram ki, bu yolda olanlar sözlərimdən inciməzlər. Çünki yuxarıda qeyd etdiyim kimi, mən daim xalqın arasındayam… Yəni ataların deyimi ilə desəm – «Xalqın gözü tərəzidir» kimin kim olduğunu xalq elə o kimin özündən daha da yaxşı görə bilir…

Bax, elə buna görə də dostlarınız qəti əmindir ki, Ölkəmizin Ən Ali Ordeni – «HeydərƏliyev Ordeni» əgər ölkə vətəndaşlarından kiməsə veriləsi olsa, mütləq və mütləq Sizə təqdimolunacaq…

Budur, yenə bahardır (rahabdır)… Təbiətin, ilin ən gözəl qıza bənzədilən dövrü, anı… Gül-gülü çağırır, bülbül – bülbülü… Heyrətamizdir ki, Ulu öndərimiz təbiətin məhz bu fəslindədünyaya göz açıb. Belə qüdrətli insanın ləyaqətli ömür-gün yoldaşı, görkəmli akademik, şücaətli prezidentimizin əziz anası Zərifə xanım da bu baharda dünyaya gəlib… Elə Siz də… 

Onların qəbirləri nurla dolsun, ruhları şad olsun… Sizə isə Tanrıdan diləyimiz – uzunömür, şərəfli işinizdə dönməzlik, sağlam can sağlığıdır…

Baharda doğulanlar elə bahar kimi, saf, təmiz, pak olurlar. Sanki onların varlığındabahar kimi bir həyatvericilik hərarəti vardır. Eşq olsun onlara!

Siz hər il olduğu kimi, bu il də Ulu Öndərimizin doğum gününü əsrarəngiz bir gözəlliyəqərq etmisiniz. Və dünyanın hər bir diyarından güllər-çiçəklər gətirib, Bakımızı bəzəmisiniz. Siz sanki dünyanın həyat ətrini, aləmlərin cənnət çətirini şəhərimizə gətirməklə UluÖndərimizin ruhunu bir daha şad etmisiniz… Sizi də daim şad olasınız!..

Sizin bütün işlərinizə mübarək deyirəm!

May ayının On üçünə – doğum gününüzə mübarək deyrəm!..

Uğur olsun!

***

Hörmətli Hacıbala müəllim!

Bir neçə il bundan öncə qələmə aldığım bu qeydlərimi bu gün üzə çıxarmağımda məqsədim odur ki, millətimizi, xalqımızı, vətənimizi qəlbən sevən, qüdrətli dövlətimizin gələcək qurucuları və qoruyucuları olan ləyaqətli gəncələrimizə Sizin və Sizin kimi fədakar insanlarımızın həyat və fəaliyyəti, misilsiz məsuliyyəti, vətənimizə, dövlət və dövlətçiliyimizə hədsiz məhəbbət və sadiqliyi bir nümunə, bir örnək olsun!..

Bu həm də Sizin 80 illik yubileyinizə bir dost hədiyyəsi olsun!

Əlbəttə ki, Sizin həyat-fəaliyyətinizi tam qələmə alsam… bu cildlərə sığmaz. Lakin onu xüsusi qeyd etmək istəyirəm ki, Şanlı Vətən müharibəsindəki qələbəmizin zəmini olan 30 illik hazırlığı dövründə Sizin də fədakar əməyiniz danılmazdır.

Əziz qardaşım!

Yaradanımız varlığınızı öz nuru, işığı ilə elə bələmişdir ki, bu ancaq onun sevdiklərinə nəsib olur…

Yaradanımızın şöləsi üzərinizdən əskik olmasın!

 

 

Bahar təravətli, bahar ətirli,

ilahi hərarətli mübarək bir duyğu ilə